Mamuka Mdinaradze - “Milli Hərəkat” partiyası mövcud deyil, lakin ölməkdə olan “Milli Hərəkat” media məhsulu var
Mamuka Mdinaradze - “Milli Hərəkat” partiyası mövcud deyil, lakin ölməkdə olan “Milli Hərəkat” media məhsulu var

 

“Milli Hərəkat” əslində media vasitəsilə yaşayır. “Milli Hərəkat” uzun illərdir ki, media məhsuludur, çünki onların mediası olmasaydı, bu partiya təbiətdə mövcud olmazdı-bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze bildirib.

Mdinaradzenin sözlərinə əsasən “Yalnız zərərli işlərlə məşğul olan, ona tapşırıq verənlər və maliyyələşdirənlər tərəfindən həyatda qalan “Milli Hərəkat” media məhsulu mövcuddur”.

“Son illərdə “Milli Hərəkat”ın hesabında görülmüş bir dənə də olsun iş olmayıb. Siz axırıncı dəfə nə vaxt onlar tərəfindən irəli sürülən və ölkəyə adi fayda gətirəcək bir məsələni görmüsünüz? Bu partiya mövcud deyil, lakin ölməkdə olan “Milli Hərəkat” media məhsulu var. Hakimiyyətə ziyan vurmağa başladılar və bu gün bir-birlərinə ziyan vururlar. Bu partiya da artıq mövcud deyil, çünki onlar ölkəni devirmək planından bir-birini devirməyə, oliqarxların pullarının kimin sərəncamında olmasına , buna görə bir-birlərini yeyib bitirməyə keçiblər” – deyə Mdinaradze bildirib.