Mamuka Mdinaradze - “Milli Hərəkat” ölkəni dağıtmaq istəyirdi və öz komandalarını dağıdırlar, onların təbirincə partiya dirçəlir, dirçəlmə deyil bir birini yeyib bitirirlər
Mamuka Mdinaradze - “Milli Hərəkat” ölkəni dağıtmaq istəyirdi və öz komandalarını dağıdırlar, onların təbirincə partiya dirçəlir, dirçəlmə deyil bir birini yeyib bitirirlər

 

“Milli Hərəkat” ölkəni dağıtmaq istəyirdi və öz komandalarını dağıdırlar, onların təbirincə partiya dirçəlir, dirçəlmə deyil bir birini yeyib bitirirlər- bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze partiyanın ofisində keçirilən brifinqdə bildirib.

O bildirib ki, “Milli Hərəkat”ın üzvləri kimin ölkəni daha yaxşı radikallaşdıra bilməsi məsələsində bir-biri ilə yarışırlar.

“Ölkəni və “Gürcü Arzusu”nu məhv etmək istəyirdilər və öz komandalarını məhv edirlər. Bu, onların hərəkətlərinin sadə qiymətləndirilməsidir. Fikrimcə, biz onlar üçün bir az çox reklam və piar aparırıq, necə ki, onların təbirincə – partiyanı dirçəldirlər. Dirçəlmə deyil bir birini yeyib bitirirlər, oliqarxlarının pulunu kim xərcləyəcək, kim Saakaşvilinin diqqətinə düşəcək, kim ölkəni daha yaxşı radikallaşdıracaq, qütbləşdirəcək, kim ölkəyə daha yaxşı ziyan vuracaq, bu sadaladıqlarımızda bir biri ilə yarışırlar. Söhbət əsasən təsirdən və bir zamanlar ölkəni talamaqla qazandıqları pulları kimin xərcləyəcəyindən və bu pulların icraçısının kim olacağından gedir. “Milli Hərəkat”da olan daxili vəsaitlərdən danışıram, talan edilmiş pulların xərclənməsinə kimin cavabdeh olmasından. Orada söhbət bundan gedir. Onlar ölkəni dağıda bilmədilər və öz komandalarını məhv etdilər, indi kənardan maraqlı proseslər gedir. Mən əlavə şərh verə bilmərəm, çünki onlar ölkəyə münasibətdə hansı təbiətə malikdilərsə, özlərini saxlaya bilmədilər və bu mahiyyəti üzə çıxarmaq üçün bir-birlərinə qarşı çıxdılar” – deyə Mamuka Mdinaradze bildirib.