Mamuka Mdinaradze - Marqvelaşvilinin bəyanatı spekulyasiya idi və yeganə bir məqsədə - "Saakaşviliyi dəstəkləməyə" xidmət edirdi
Mamuka Mdinaradze - Marqvelaşvilinin bəyanatı spekulyasiya idi və yeganə bir məqsədə - "Saakaşviliyi dəstəkləməyə" xidmət edirdi

“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze prezidentin Sandro Girqvliani ilə bağlı bəyanatını şərhləndirdi.

Mdinaradzenin bəyan etdiyinə görə, Marqvelaşvili tərəfindən Saakaşviliyi doğrultmaq cəhdini heç biri mətbuat konfransı açıqlaya bilməz.

“Marqvelaşvili çalışır ki, aksentləri başqa məsələlərə yönəldsin.  Çox təəssüf edicidir ki, qüvvədə olan prezident sabiq prezidentin cinayətini doğrultmağa çalışır. Prezidentin bugünki bəyanatı təmiz spekulyasiya idi və açıq şəkildə Saakaşviliyi dəstəkləmək məqsədinə xidmət edirdi” – dedi Mdinaradze.

Məlum olduğu kimi, “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze bəyan etdi ki, parlament əksəriyyəti “Girqvlianinin düzəlişləri” adlı layihə üzərində çalışır.