Mamuka Mdinaradze - xalq müdafiəçiliyinə namizədlə bağlı konsensus əldə etməliyik, az-çox məqbul namizədin seçilməsinə çalışacağıq
Mamuka Mdinaradze - xalq müdafiəçiliyinə namizədlə bağlı konsensus əldə etməliyik, az-çox məqbul namizədin seçilməsinə çalışacağıq

 
“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze xalq müdafiəçiliyinə namizədin seçilməsi ilə bağlı kompromislər yolu ilə konsensus əldə etməli olduqlarını bildirib.

O, məqbul namizədin seçilməsi üçün çalışacaqlarını bildirib.

“Müxalifətin bir hissəsində fikir ayrılığı var idi, lakin xalq müdafiəçisinin seçilməsi prosesinin inklüziv və mümkün qədər qeyri-hökumət təşkilatlarının iştirakının nəzərə alınmalı olması barədə tələb var idi. Onların əksər hissəsi reqlamentə əsasən təqdimedicinin siyasi subyekt – fraksiya və ya siyasi qrup olmalı olduğunu bildirirlər. Sabah qeyri-hökumət təşkilatlarının mövqelərini dinləyəcəm və sabah günün sonuna kimi prosesin proses xatirinə olmaması üçün sizi baxışımızla tanış edəcəm.

Bütün maddələrin yerinə yetirilməsini təmin etmək üçün nəticəyə köklənmiş olmalıyıq. Risklər aradan qaldırılmalıdır ki, bu da təkcə hakim komandadan asılı deyil. Düzünü desəm, müxalifətin bu hissəsi ilə prosedurlar barədə razılıq əldə etmək, namizədlərlə bağlı razılıq əldə etməkdən daha asandır. Ola bilsin bu belə asanlıqla baş verməsin. Onların fərqli düşüncəsi və münasibəti var. “Avropalı Sosialistlər” bildiriblər ki, əvvəlki hal istisna edilməlidir. Onlar əvvəlki hal dedikdə bizim tərəfimizdən “hərəkatçı”nı birbaşa xalq müdafiəçisi təyin etməyimizi nəzərdə tuturdular, beləsi başımıza gəlməməlidir. Digərləri başqa cür hesab edirlər. Namizədlərdən daha çox problemlə üzləşə bilərsiniz, biz kompromislər yolu ilə konsensus əldə etməliyik. Çalışacağıq ki, az-çox məqbul namizəd seçilsin”- deyə Mamuka Mdinaradze bildirib.