Mamuka Mdinaradze - çalışacağıq ki, yaz sessiyası üçün xalq müdafiəçisi məsələsi ilə bağlı məsləhətləşmələri davam etdirək və bəlkə, o zaman heç olmasa konsensus əldə edək
Mamuka Mdinaradze - çalışacağıq ki, yaz sessiyası üçün xalq müdafiəçisi məsələsi ilə bağlı məsləhətləşmələri davam etdirək və bəlkə, o zaman heç olmasa konsensus əldə edək

 

“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze xalq müdafiəçisi məsələsi ilə bağlı məsləhətləşmələrin yəqin ki, yaz sessiyası üçün davam edəcəyini bildirib.

Mdinaradze müxalifətlə razılıq əldə oluna bilmədiyi üçün parlament çoxluğunun heç kimi dəstəkləməyəcəyini bildirib.

“Məsləhətləşmələr çərçivəsində biz müxalifətə beş namizəddən birini seçməyi təklif etdik, aramızda belə bir razılıq əldə oluna bilmədiyi üçün “Gürcü Arzusu” fraksiyası və parlament çoxluğu heç kimi dəstəkləməyəcək, çünki bu halda bizim üçün formal səsvermə keçiriləcək. Biz yaz sessiyası üçün məsləhətləşmələri davam etdirməyə çalışacağıq və bəlkə, o zaman heç olmasa konsensus əldə edək” -deyə Mdinaradze açıqlayıb.