Mamuka Mdinaradze - istər Partsxaladze, istərsə də başqası olsun Gürcüstan vətəndaşlığını itirən hər kəsə qarşı sanksiyalar adi şəkildə şamil olunacaq
İstər Partsxaladze, istərsə də başqası olsun Gürcüstan vətəndaşlığını itirən hər kəsə qarşı sanksiyalar adi şəkildə şamil olunacaq-bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze danışıb.
O bildirib ki, “bu süni məsələ artıq insanlar üzərində manipulyasiya və yanlış təsir üçün əsas ola bilməyəcək”.
“Partsxaladzenin vətəndaşlığına xitam verilsə, onda nə olacaq? Otar Partsxaladze prezidentin qərarı ilə Gürcüstan vətəndaşlığını itirərsə, o zaman ona qarşı sanksiyalar adi şəkildə şamil olunacaq. İstər Partsxaladze, istərsə də başqası olsun Gürcüstan vətəndaşlığını itirən hər kəsə qarşı sanksiyalar adi şəkildə şamil olunacaq. Bununla da Partsxaladze mövzusu gündəmdən çıxacaq və yaxşı ki, bu süni mövzu daha insanlar üzərində manipulyasiya və yanlış təsir üçün əsas ola bilməyəcək” – deyə Mamuka Mdinaradze açıqlayıb.