Mamuka Mdinaradze - işğalı aradan qaldırmaq, vətəndaşların rifahını, Avropa gələcəyini, barışıq, sülh və inkişafı təmin etmək hökumətin borcudur, biz Bidzina İvanişvili ilə birlikdə buna daha uğurla nail olacağıq
İşğalın aradan qaldırılması, vətəndaşlarımızın rifahı, Avropa gələcəyi, barışıq, sülh, inkişaf, bunu təmin etmək və zəmanət altına almaq hökumətin borcudur, biz bunu bacarırıq və Bidzina İvanişvili ilə birlikdə daha da yaxşı və uğurla bacaracağıq, – “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze “Xronika”da bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə, xüsusən də seçki dövründə müxalifət özünün reytinqsiz şərtlərində inqilabi gündəm yaratmaq üçün əlindən gələni edəcək, lakin heç nəyə nail olmayacaq.
“2024-cü ildə müxalifət özünün reytinqsiz şərtlərində inqilabi gündəm yaratmaq üçün əlindən gələni edəcək, il boyu, xüsusən də seçkilər dövründə bunun üçün nəticəsiz cəhdlər olacaq, lakin heç nə alınmayacaq. O qədər aşağı düşüblər ki, nə yaxşı ki, onların səyləri səy olaraq qalacaq, bu ölkə irəliləməyə davam edəcək. Bu günlərdə təsadüfən təkrar etmirəm, bu ölkə bir çox istiqamətlərdə, işğaldan azad olmaq yolunda irəliləməkdə davam edəcək, çünki burada barışıqdan, sülhdən, inkişafdan söhbət gedirsə heç bir alternativ yoxdur və heç bir şəraitdə biz başqa yol seşməməliyik və heç bir hökumət bunu etmir. İqtisadi inkişafın alternativi yoxdur ki, biz milli maraqlar hesabına heç nə etməməliyik, bu yanaşmanın alternativi yoxdur, həm də Avropa bizim ailəmizdir, nəhayət inteqrasiya etməyi bacarmalıyıq. Bütün bunları, vətəndaşlarımızın rifahını, Avropa gələcəyini, işğaldan azad etməyi, barışığı, sülhü, inkişafı, bunu təmin etmək və zəmanət altına almaq hökumətin məsuliyyətidir, biz bunu bacarırıq, xüsusən də Bidzina İvanişvili ilə birlikdə komandanı və ölkəni gücləndirərək, milli maraqları qürurla və qoruyaraq daha da yaxşı və uğurla edəcəyik. Mən bütün vətəndaşlarımıza və ölkəmizə yaxşı, ən yaxşı, xoşbəxt və ləyaqətli gələcək arzulayıram”, – deyə Mamuka Mdinaradze bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev