Mamuka Mdinaradze - İndi başqa vaxtdır və başqa həqiqətlər var və inqilab baş tutmaz
Mamuka Mdinaradze - İndi başqa vaxtdır və başqa həqiqətlər var və inqilab baş tutmaz

Müxalifət öncə sülh formatından və danışıqlardan söz edirdi. Sonra yanlış siyasi qərarlarına görə çıxılmaz vəziyyətə düşəndə legitim zorakılıq haqqında danışmağa başladı, – bu bəyanatı “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze verdi.

Onun dediyinə görə, müxalifət nümayəndələri öz yanlış qərarlarına görə düşdükləri çıxılmaz vəziyyətdən zorakılıqla çıxmağa çalışırlar.

“Son iki gündür müxalifət, xüsusi ilə də “Avropa Gürcüstanı” zorakılıqdan bəhs edir edir.  Onlar bu zorakılığı anons edərkən, illəri qarışdırırlar və başa düşmürlər ki, bu ölkədə zorakılıq artıq olmayacaq, mən onları qorxutmuram, sadəcə olaraq, indi başqa vaxtdır və başqa həqiqətlər var. İnqilab, həm də yalançı inqilab burada baş tutmaz” – dedi Mdinaradze.