Mamuka Mdinaradze – "Quruculuq" və "Lelo" deyə bir şey yoxdur, beş partiyanın daxil olduğu "Milli Hərəkat" var, bu insanlar Avropanın tövsiyələrini sabotaj edirlər
“Quruculuq” və “Lelo” deyə bir şey yoxdur, beş partiyanın daxil olduğu “Milli Hərəkat” var. Bu insanlar Avropanın tövsiyələrinə zidd hərəkət edir və onu sabotaj edirlər- bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze xalq müdafiəçisinin seçilməsi qaydası ilə bağlı sualı cavablandırarkən bildirib.
Mdinaradzenin sözlərinə görə, onlar “Gürcü Arzusu”nun xalq müdafiəçisinin seçilməsi qaydası ilə bağlı hazırladığı qanunvericiliyə düzəlişləri ikinci-üçüncü oxunuşda dəstəkləməyiblər, çünki tövsiyələri yerinə yetirmək istəmirlər.
“Quruculuq” və “Lelo” deyə bir şey yoxdur, beş partiyanın o cümlədən “Droa”, Caparidzenin “Qirçi”-sinin daxil olduğu “Milli Hərəkat” var. Bu insanlar Avropanın tövsiyələrinə zidd hərəkət edir və onu sabotaj edirlər. İkinci məsələ indi onu necə qələmə verəcəkləridir. Düşünürəm ki, ictimaiyyət yalan söylənildiyi üçün bütün bunları qəbul etməyəcək. Əslində sabotaj var. İkinci və üçüncü dinləmələrdə də tövsiyələri həyata keçirmək istəmədikləri üçün dəstəkləmədilər. Onlar 12-ci bəndin icrasını dəstəkləməyiblər” – deyə Mamuka Mdinaradze bildirib.