Mamuka Mdinaradze - Gürcüstanın ərazi bütövlüyü ilə bağlı hərhansı bir kompromisə heç bir gürcü razı olmayacaq
“Gürcü Arzusu” Fraksiyasının sədri Mamuka Mdinaradze hesab edir ki, NATO-nun baş katibi Anders Foq Rassmusenin bəyanatına tamamən fərqli interpretasiya verildi.
Mdinaradzenin jurnalistlərə dediyinə görə, Gürcüstanın ərazi bütövlüyü ilə bağlı hərhansı bir kompromisə heç bir gürcü razı olmayacaq.
“Xöşbəxtlikdən, bunu bizim beynəlxalq partnyorlarımız da dərk edirlər və belə bir məsələ gündəmdə yoxdur. Rasmussen sadəcə olaraq, Gürcüstanın NATO-ya qoşulması müddətinin tezləşdirilməsi ilə bağlı öz mövqeyini bildirdi” – dedi Mamuka Mdinaradze.
Xatırladaq ki, NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan etdi ki, Gürcüstan qərar verməlidir, əgər NATO qaydaları sadəcə Gürcüstan tərəfindən nəzarət edilən ərazilərə yayılacaqsa, o zaman NATO Gürcüstanın alyansa üzv olması prosedurlarına dərhal başlayacaq.