Mamuka Mdinaradze - Gürcüstan parlamenti prezidentin vetosunu bu həftə aşacaq
“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze parlamentin bu həftə prezidentin vetosunu aşacağını bildirib.
Mdinaradzenin dediyi kimi, vetonun aşılması məsələsi haqqında bu gün keçirilən əksəriyyətinin iclasında yekun qərar qəbul ediblər.
“Gürcüstan hakimiyyəti Milli Bankın idarəçiliyinin düzgün həyata keçirilməsi, onun səriştəli, müstəqil kadrlarla təmin olunması və idarəetmənin sonradan tez-tez müzakirə olunan çağırışlara – devalvasiyaya, inflyasiya, qiymətlər və s. uyğun həyata keçirilməsi ilə bağlı məsuliyyətə sahibdir. Bundan irəli gələrək inanırıq və əksəriyyəti də bu mövqe ilə razılaşır ki, Gürcüstan Prezidentinin vetosu aşılmalıdır, bu qərar bu gün yekun olaraq qəbul edilib. Bu həftə vetonu aşacağıq. Mövqeyimizlə prezidentin iradları arasında yeganə fərq Milli Bankın birinci vitse-prezidenti məsələsidir. Başqa heç bir fərq yoxdur. Bu bir məsələ mübahisəyə səbəb oldu. Hesab edirik ki, bu məsələ ilə bağlı bütün tənqidlər subyektivdir, real əsaslara istinad etmir, bu səbəbdən Gürcüstan parlamenti prezidentin vetosunu aşacaq” -deyə Mdinaradze açıqlayıb.