Mamuka Mdinaradze - Gürcüstan haqqında hansı psevdoliberalın nə deməsi maraqlı deyil, onlar bununla bizim milli işi görməyimizi dayandıra bilməzlər
Mamuka Mdinaradze - Gürcüstan haqqında hansı psevdoliberalın nə deməsi maraqlı deyil, onlar bununla bizim milli işi görməyimizi dayandıra bilməzlər

 
Gürcüstan haqqında hansı psevdoliberalın nə deməsi maraqlı deyil, onlar bununla bizim milli işi görməyimizi dayandıra bilməzlər, bu, mümkün deyil -bu haqda parlament çoxluğunun lideri Mamuka Mdinaradze açıqlayıb.

Mdinaradzedən amerikalı politoloq Frensis Fukuyamanın “Bidzina İvanişvili nüfuzu satın alır və bununla da demokratiyaya zərbə vurur” bəyanatını necə dəyərləndirəcəyini soruşublar.

“İndi dəyərlər mübarizəsi gedərkən, təəssüf ki, ölkə xaricindən çoxlu dəstək verənlər olacaq, hərçənd biz bunu nəzərə almayacağıq, diqqət yönəltməyəcəyik, çünki bizim milli maraqlarımız var və onlar bunu ölkənin başına salmağa çalışırlar, bu isə milli maraqlardan irəli gəlməyən bir şeydir. Bundan irəli gələrək, biz onlara diqqət yönəltməyəcəyik” – deyə Mamuka Mdinaradze açıqlayıb.