Mamuka Mdinaradze - qətnamələrə Gürcüstan üçün zərərli və qeyri-obyektiv halların daxil edilməsinə cəhd qeydə alınır, əminəm ki, ölkənin düşmənçiliyi heç kimin yanına qalmayacaq
Mamuka Mdinaradze - qətnamələrə Gürcüstan üçün zərərli və qeyri-obyektiv halların daxil edilməsinə cəhd qeydə alınır, əminəm ki, ölkənin düşmənçiliyi heç kimin yanına qalmayacaq

 

“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinardze Avropa Parlamentinin qətnamələrinə Gürcüstan üçün zərərli və qeyri-obyektiv halların daxil edilməsinə cəhd qeydə alındığını bildirib.

Mdinaradze ölkə daxilində bütün bunların tərəfdarı və yaradıcısı olan hər kəsin birbaşa ölkəyə düşmənçilik etdiyini bildirib. Mamuka Mdinaradze qeyd edib ki, o, Gürcüstana düşmənçiliyin heç kimin yanına qalmayacağına əmindir.

“Gürcü radikal müxalifətinin lobbiçiləri və tapşırıq verənləri mümkün qədər çalışırlar ki, bu cür qətnamələrə mütləq elə müddəalar daxil edilsin ki, bu bir tərəfdən subyektiv olaraq işlərinə yarasın, şəxsən Mixeil Saakaşviliyə uyğunlaşdırılmış və s. eyni zamanda bir çox başqa milli maraqlara da ziyan vurur. Ən azı buna cəhd edilir. Sonda ziyan vura bilməz, lakin qətnamələrə Gürcüstan üçün zərərli və ən əsası qeyri-obyektiv faktlar və halların daxil edilməsinə cəhdlər qeydə alınır, bu gah uğurlu, gah da uğursuz olur. Yekunda bu, nəticəyə təsir etməyəcək və ölkəyə zərər verə bilməyəcək, lakin hamı bilməlidir ki, lokal zərbələr Gürcüstanın əleyhinədir. Əgər ölkə daxilində kimsə bunun tərəfdarıdırsa, təkcə tərəfdarı deyil, həm də yaradıcısıdırsa, birbaşa ölkəyə düşmənçilik edir. Bunu yaxşı xatırlamalı və gürcü cəmiyyəti müəyyən etməlidir. Xoşbəxtlikdən, bu günə qədər müəyyən edib və gələcəkdə də belə davam edəcək. Əminəm ki, qətnamələrə belə şeyləri “daxil etməklə” Gürcüstana düşmənçilik heç kimin yanına qalmayacaq. Əvvəlki qətnamədə də belə idi və hər halda, sonda onların cəhdləri uğursuzluğa düçar olacaq. Qətnaməyə bəzi müddəalar ola bilər ki, düşsün, kimlərsə onu dəstəkləsin, kimlərsə dəstəkləməsin, lakin bütün bunlar kimin ölkənin düşməni olduğunu müəyyənləşdirməklə müqayisədə ikinci dərəcəlidir”- deyə Mamuka Mdinaradze bildirib.