Mamuka Mdinaradze - elektron seçkilər onlayn seçkilər demək deyil, texnoloji təkmillik baxımından inkişaf etmiş ölkələr onlayn seçkilərdən yayınırlar
Mamuka Mdinaradze - elektron seçkilər onlayn seçkilər demək deyil, texnoloji təkmillik baxımından inkişaf etmiş ölkələr onlayn seçkilərdən yayınırlar

Rəqiblərimiz çox yaxşı bilirlər ki, elektron seçkilər onlayn seçki demək deyil. Onlayn seçkilər, texnoloji cəhətdən bizdən daha çox inkişaf etmiş ölkələr də daxil olmaqla, bir çox ölkənin yayındığı tamamilə fərqli bir şeydir, – Bu barədə parlament çoxluğunun lideri Mamuka Mdinaradze Batumidə jurnalistlərə müsahibəsində bildirib.

Onun təbirincə, Gürcüstanın hansısa ölkəyə etibar etməsi mümkün deyil ki, onlayn seçkilər şəraitində həmin ölkədən obyektiv səslər gələcək.Mdinaradze bildirib ki, yüz minlərlə səsin qeyri-obyektiv şəkildə verilməsi seçkinin nəticələrinin çevrilməsi deməkdir.

“Bu risklərdən danışılanda bu, ümumi mövzu deyil. Məsələn, biz bilirik ki, Rusiyada yüz minlərlə mühacirimiz yaşayır və başqa ölkələri saymağı davam etməyəcəyəm, onlayn dəstək və onlayn seçkilər şəraitində bu və ya digər ölkədən obyektiv səslər gələcəyinə dair hər hansı bir ölkəyə etibar etməyimiz mümkün deyil. Söhbət sadəcə Rusiyadan getmir, sadəcə olaraq müxtəlif ölkələrə, xüsusən də işğalçı ölkədən obyektiv səslərin gələcəyinə dair inanmaq mümkün deyil. Yüz minlərlə səsin qeyri-obyektiv şəkildə verilməsi seçkinin nəticələrinin çevrilməsi deməkdir.Həm ölkəmizdə mühacirətin yüksək olması fonunda təbii ki heç bir ölkə belə asanlıqla edə bilməz. Bunu nəzəri cəhətdən riskə atmaqdan söhbət getməməlidir və təbii ki, bu mümkün olmayacaq. Mühacirlərimizə səslənirəm, əgər onların imkanları varsa, mühacirlərimizin ən çox olduğu məntəqələrə çatmaq üçün hər hansı imkanları olsa, orada məntəqələr açılacaq və əvvəllər necə iştirak edirdilərsə, eyni şəkildə iştirak edəcəklər, onları gələcək seçkilərimizdə maksimum iştirak etməyə çağırıram”, – deyə Mamuka Mdinaradze bildirib.