Mamuka Mdinaradze -əgər kimsə həqiqətən Saakaşvilinin səhhəti ilə maraqlanırsa, o zaman ona həkimlərə etibar etməyi məsləhət görməlidir
Mamuka Mdinaradze -əgər kimsə həqiqətən Saakaşvilinin səhhəti ilə maraqlanırsa, o zaman ona həkimlərə etibar etməyi məsləhət görməlidir

 

Mixeil Saakaşvili sadəcə olaraq həkimlərə, peşəkar həkimlərə etibar etməlidir və bunu etsə, dırnaq arası problem və ya hətta real problem çox asanlıqla həll olunacaq – bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze bildirib.

Onun sözlərinə görə, sonda bütün PR kampaniyalar müharibənin başlanmasına aparan yola xidmət edir.

“Bir tərəfdən müharibə və xəyanət partiyası Mixeil Saakaşvilinin sağlamlıq vəziyyətini gündəm olaraq təklif edir və onun həlli üçün bir çox yollar uydurur – xaricdə müalicə, harayasa aparmaq və s. aydın məsələdir ki, bu partiyanın lideri bir nömrəli məsələ olmasa, o zaman maliyyənin kəsiləcəyi ilə təhdid edir və bu gün onun aktuallaşdırılması məsələsi ilə bağlı PR kampaniya daha da güclənib, çünki onun azad olması birbaşa müharibə ilə bağlıdır. Sonda bütün PR kampaniyalar müharibənin başlanmasına aparan yola, Gürcüstanı müharibəyə cəlb etməyə xidmət edir. Əgər onun partiyasından kimsə həqiqətən Saakaşvilinin səhhəti ilə maraqlanırsa, o zaman ona sadəcə olaraq həkimlərə etibar etməyi və saxta kampaniyalarla şou göstərməməyi məsləhət görməlidir. Dünən biz daha bir şouya şahid olduq, sən demə Saakaşvili kamerada onun xəstəxanaya necə aparıldığını izləyirmiş. Bu, öz seçicilərinə qarşı sinizmdir və məncə, bu insanlar da yavaş-yavaş öz partiyalarının onları necə aldatdığını başa düşürlər” -deyə Mdinaradze bildirib.