Mamuka Mdinaradze - de-oliqarxizasiya haqqında qanunun siyasətdən getmiş şəxsə şamil edilməsi praktiki olaraq qeyri-mümkündür, opponentlər uydurma hekayə ilə, yel dəyirmanlarıyla mübarizə aparırlar
“Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze Ukraynanın de-oliqarxizasiya qanununa əsasən, 4 meyardan üçünə cavab verən şəxsin oliqarx sayıldığını bildirir. O , siyasətdən getmiş şəxsə qanunun şamil edilməsinin qeyri-mümkün olduğunu açıqlayır.
Bununla yanaşı, Mamuka Mdinaradze de-oliqarxizasiyadan danışarkən qeyd edib ki, opponentlər mövcud olmayan problem və uydurma hekayə ilə mübarizə apardıqları üçün uğur qazana bilməyəcəklər.
“Ukrayna qanunvericiliyinə əsasən, əgər şəxs dörd komponentdən üçünə cavab verirsə, o, oliqarx sayılır və müvafiq reyestr aparılacaq. Bunun siyasətdən getmiş şəxsə şamil olunması praktiki olaraq mümkün deyil. Siyasətdə olan şəxsə şamil edilə bilər, lakin siyasətdən getmiş şəxsi siyasətdə kiməsə təsir etməkdə ittiham etmək olmaz.
Rəqiblərimiz mövcud olmayan problemlə mübarizə apardıqları üçün uğur qazana bilməyəcəklər. Problem yoxdur, insan siyasətdən uzaqlaşıb. Onların nöqteyi-nəzərindən problem şəxsən Bidzina İvanişvili və onun nədəsə iştirakıdır. Onu da, Gürcüstan dövlətini də, hökumətini də belə uydurur, günahlandırırlar. Real olaraq onlarınkı kimi problem təbiətdə yoxdur, yəni uydurma hekayə ilə, yel dəyirmanları ilə mübarizə aparırlar. Belə bir problem və məsələ yoxdur. Belə bir mövzu ümumiyyətlə gündəmdə deyil. Bidzina İvanişvili uzun müddətdir ki, siyasətdən kənardadır, siyasətə müdaxilə etmir, lakin Bidzina İvanişvili amilinin onları olduqca narahat etdiyini təsdiqləyirəm. Onlar bu şəxsin ölkədə olmasını istəmirlər, çünki o sabitliyin amillərindən biridir. Bidzina İvanişvili faktorunun qorxusu onları təbiətdə mövcud olmayan problemlə mübarizə aparmağa məcbur edir”-deyə Mamuka Mdinaradze bildirib.