Mamuka Mdinaradze - Davit Bakradzenin bu meyarlar və hansısa əlamətlərə görə rədd edilməsi mümkünsüzdür, çünki o, təcrübəli, hörmətcil diplomatdır, diplomatik dairələrdə yüksək ad-sana malikdir
Davit Bakradzenin bu meyarlar və hansısa əlamətlərə görə rədd edilməsi mümkünsüzdür, çünki o, təcrübəli, ləyaqətli diplomatdır, olduqca effektivdir və diplomatik dairələrdə yüksək ad-sana malikdir-bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze açıqlayıb.
Mdinaradze administrasiyanın rəhbəri Natia Sulavanın prezident tərəfindən Davit Bakradzenin ABŞ-dakı fəaliyyətinə mənfi qiymət verilməsinin hələ də qüvvədə olduğu barədə bəyanatını şərh edib.
“Əlbətdə bu, dövlətin əleyhinə getmək idi. Təəssüf ki, bunu Gürcüstan prezidenti etdi. Davit Bakradzenin bu meyarlar və hansısa əlamətlərə görə rədd edilməsi mümkünsüzdür, çünki o, təcrübəli, ləyaqətli diplomatdır, olduqca effektivdir və diplomatik dairələrdə yüksək ad-sana malikdir. Prezident şəxsən nəyisə bəyənmədiyinə görə, bu, Davit Bakradzeyə və gələcəkdə belə yüksək tribunada təmsil etdiyi Gürcüstanın ad-sanına xələl gətirir. Onu təyin edərkən, gəl, öz ölkənin ad-sanına bu cür zərər vurma. Bəlkə də prezident belə açıqlama verməməlidir, əgər şəxs tərifə layiqdirsə və bunun əksini edirsənsə, o zaman məsələ başqa cürdür”- deyə Mamuka Mdinaradze bildirib.
Gürcüstan prezidenti Salome Zurabişvili Davit Bakradzenin Gürcüstanın BMT-dəki səfiri təyin olunmasını imzalayıb.