Mamuka Mdinaradze - Biz Rusiyanın Gürcüstanın işğal olunmuş ərazisində seçki məntəqələri açmasını pisləyirik, bu, beynəlxalq hüquq prinsiplərinin növbəti kobud şəkildə pozulmasıdır
Rusiyanın Gürcüstanın işğal olunmuş ərazisində prezident seçkiləri ilə əlaqədar seçki məntəqələri açmasını pisləyirik- parlament çoxluğunun lideri Mamuka Mdinaradze bugünkü brifinqdə bildirib.
Onun sözlərinə görə, bu, beynəlxalq hüququn prinsip və normalarının növbəti kobud şəkildə pozulmasıdır.
“Biz Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatına qoşuluruq və Rusiya Federasiyasının prezident seçkiləri ilə əlaqədar Gürcüstanın işğal olunmuş ərazisində seçki məntəqələri açmasını pisləyirik, bu, işğalçı tərəfindən beynəlxalq hüququn prinsip və normalarının növbəti kobud şəkildə pozulması və təhqiredici hərəkətidir. Bu pozuntu dərəcəsi nədən xəbər verir, yəqin ki Gürcüstan və beynəlxalq ictimaiyyət bunu bir daha yaxşı başa düşəcək” – deyə Mamuka Mdinaradze bildirib.