Mamuka Mdinaradze - avropalı tərəfdaşlar bizi təbrik edir, müxalifət isə yas tutur, onların Bakurianidə işləyib hazırladıqları plan Gürcüstan hakimiyyətini devirməyi və sürükləməyi nəzərdə tutur
Mamuka Mdinaradze - avropalı tərəfdaşlar bizi təbrik edir, müxalifət isə yas tutur, onların Bakurianidə işləyib hazırladıqları plan Gürcüstan hakimiyyətini devirməyi və sürükləməyi nəzərdə tutur

 

Bakurianidə hazırlanmış plan gürcü cəmiyyətinin seçdiyi Gürcüstan hakimiyyətini devirməkdən və sürükləməkdən başqa heç nəyi nəzərdə tutmur-bu barədə parlament çoxluğunun lideri Mamuka Mdinaradze bildirib.

Mamuka Mdinaradzenin də qeyd etdiyi kimi, Gürcüstan hökuməti bütün bəndlər, o cümlədən depolarizasiya adlı bənd üzərində işləmək üçün güclü istəyə malikdir.

“Rəqiblərimiz imkanlar qapısının bağlandığını bildirirlər. Avropalı tərəfdaşlarımız və liderlər, bunun tarixi gün, irəliyə atılan addım olduğunu deyir və bizi təbrik edirlər. Rəqiblərimiz isə bunun geriyə atılmış addım olduğunu deyərək, yas tuturlar. Bu, yeganə məqsədə, onların istehza, ironiya və qəzəblə yanaşdıqları məqsədə xidmət edir və bir aydan artıqdır ki, danışırıq, bu onların Bakurianidə işləyib hazırladıqları plandır və gürcü cəmiyyətinin seçdiyi Gürcüstan hakimiyyətini devirməkdən və sürükləməkdən başqa heç nəyi nəzərdə tutmur. Təəssüf ki, avropalı tərəfdaşlardan tövsiyyələr şəklində aldığımız bəndləri yerinə yetirmək onların maraqlarına uyğun deyil. Məlum oldu ki, barəsində danışdığımız, haqlı olduğumuz və onların Bakurianidə qurduğu plan artıq həyata keçirilib. Lakin, onların ziyanına və Gürcüstanın xeyrinə bu plan gərçəkləşməyəcək. Biz, məsuliyyət payımıza düşən qədər bütün bəndlər, o cümlədən depolarizasiya adlı bənd üzərində işləmək üçün güclü istəyə malikik. Onların məsuliyyət payı indi onların üzərinə düşür və bəlkə onlar da oxşar şeyi edə bilsinlər”, – deyə Mdinaradze bildirib.