Mamuka Mdinaradze - 29 aprel seçkiləri "İRİ"nin təklif etdiyi saxtakarlığa cavabdır
Mamuka Mdinaradze - 29 aprel seçkiləri "İRİ"nin təklif etdiyi saxtakarlığa cavabdır

 
Aprelin 29-da keçirilən seçkilərdə bizim üçün və hesab edirəm ki, ölkə üçün də inanılmaz yaxşı nəticə ortaya qoyuldu-bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze açıqlayıb.

Mdinaradze seçkilərin rəqabətsiz olmasına baxmayaraq, kifayət qədər yüksək aktivlik qeydə alındığını bildirib.

“Gürcü Arzusu”nun guya 19 faizə malik olması barədə danışarkən, axı bu saxtakarlığı ciddi bir təşkilat təklif etmişdi. Əgər bu vaxt seçkilər ən yüksək aktivliklə keçirilsəydi, “Gürcü Arzusu” ən azı 60 faiz səs toplaya bilərdi. Nəticələrimizin yüksək səviyyədə olmadığı elə bir seçki dairəsi və ya məntəqə yox idi. Seçici “Gürcü Arzusu”nun rəqibi olmayan seçkilərə gedir, getmək üçün motivasiya axı aşağıdır, bu istiqamətdə bəzi yerlərdə seçicilərin sayı hətta 20 və daha çox faiz artıb. Bu hər şeyə, “İRİ”nin təklif etdiyi saxtakarlığa cavabdır. “Gürcü Arzusu” 2021-ci ilin seçkilərində hər bir dairə və ya məntəqədə aldığı səslərin sayını kəskin şəkildə artırıb. Rəqabətsiz seçkilərdə məntəqələrə daha çox tərəfdar gedib”-deyə Mdinaradze açıqlayıb.