Mamuka Xazaradze və Badri Caparidze "TBC Bankın" nəzarət şurasını tərk etdilər
Mamuka Xazaradze və Badri Caparidze “TBC Bankın” nəzarət şurasını tərk etdilər.
Bu haqda onlar bankın aksiyonerlərinə rəsmi açıqlama verdilər.
Bankın təsisçiləri nəzarət şurasını tərk etdikləri barədə rəsmi bəyanatı aprelin 2-də təqdim etdilər.
Buna rəğmən, Xazaradze və caparidze öz vəzifələrini TBC Bankın tabeliyində olan TBC Bank Group PLC şirkətində qoruyacaqlar.
Bank holdinqinin dediyinə görə, TBC Banlın nəzarət şurasında iki yeni namizədin seçilməsi prosesi aparılır.
Xatırladaq ki, TBC Bankın təsisçilərinin, bankın nəzarət şurasından çəkilmələsini Milli Bank tələb edirdi və bunun üçün onlara aprelin 13-nə qədər vaxt vermişdi.