Mamuka Xazaradze - növbədənkənar seçki tələbi səhvdir, üstəlik, müxalifət üçün tələdir
Növbədənkənar seçkilər “Gürcü Arzusu”nun işinə yarayır- bu barədə “Lelo”nun lideri Mamuka Xazaradze sosial şəbəkədə yazır.
“Növbədənkənar seçki tələbi səhvdir, üstəlik, müxalifət üçün tələdir.
Növbədənkənar “arzunun” işinə yarayır. Biz onları Aİ-yə namizədlik üçün 12 bəndi yerinə yetirməyə məcbur etməliyik, cəmiyyətin sifarişi məhz Avropadır.
Ssenari 1. Bizə namizədlik verilsə, Gürcüstan qalib gələcək;
Ssenari 2. Əgər bizə namizədlik verilməsə, onda 2024-cü ildə “arzu” təkcə məğlubiyyətə yox, tam dağılmağa məhkumdur. Bu halda da Gürcüstan qalib gələcək”–deyə Mamuka Xazaradze “Facebook”da yazır.