Mamuka Baxtadze və İlham Əliyev strateji əhəmiyyət daşıyan layihələr haqqında söhbət etdilər
Mamuka Baxtadze və İlham Əliyev strateji əhəmiyyət daşıyan layihələr haqqında söhbət etdilər

Gürcüstan-Azərbaycan strateji partnyorluğu, regional əhəmiyyət daşıyan birgə nəqliyyat və infrastruktur layihələri və iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivləri haqqında Gürcüstanın baş naziri Mamuka Baxtadze və Azərbaycan prezidenti İlham Əliyev Davosda Dünya İqtisadiyyat Forumunda baş tutan görüş zamanı müzakirə apardılar.

Tərəflər iki tərəfli əməkdaşlığın bütün əsas istiqamətləri haqqında danışdılar.

Xüsusi diqqət isə, iki ölkə arasında ki ticarət və biznes əlaqələrinin daha da fəallaşdırılmasına yetirildi.

Gürcüstanın baş naziri və Azərbaycan prezidenti TANAP layihəsi haqqında da söhbət etdilər.

Həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində Gürcüstanın əhəmiyyətli rolu qeyd olundu.

Görüşdə Gürcüstanın Xarici İşlər Naziri David Zalkaniani də iştirak edirdi.