Mamuka Baxtadze Türkiyə Respublikasının səfiri ilə görüşdü
Mamuka Baxtadze Türkiyə Respublikasının səfiri ilə görüşdü

Gürcüstanın Maliyyə Naziri Mamuka Baxtadze Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazqan ilə görüşdü.

Maliyyə Nazirliyindən verilən məlumata görə, tərəflər iki ölkə arasındaki ticari-iqtisadi münasibətlərin fəallaşdırılması və gömrük sahəsindəki əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Maliyyə Nazirliyində keçirilən görüş zamanı söhbət həmçinin, cari ilin mart ayında Türkiyə -Gürcistanın  birgə iqtisadi və ticari komissiyanın (JETCO) ilk görüşü və qeyd olunan görüş çərçivəsində Gürcüstanda biznes-forumun təşkil edilməsi məsələsinə toxundu.

Maliyyə Naziri bəyan etdi ki, qeyd olunan forumun ən yüksək səviyyədə keçirilməsini təmin edəcək və əmindir ki, forum Gürcüstan-Türkiyə arasında iki tərəfli iqtisadi münasibətlərin inkişafı üçün əlverişli şərait yaradacaq.