Mamuka Baxtadze - Tamamilə məsuliyyətsiz siyasi qüvvələr çalışırlar ki, TBC məsələsini Anaklia limanı ilə əlaqələndirsinlər
“İnanmıram ki, Anaklia layihəsinə baş nazir vəzifəsində işlədiyimdən öncə, “Gürcüstan Dəmir Yolunda” işlədiyim müddətdən bu günə qədər, mənim qədər çox energiya və vaxt xərcləyən insan olub – bu barədə bəyanatı Gürcüstanın baş naziri bugün keçirdiyi brifinqdə verdi.
O qeyd etdi ki, “TBC Bank” ölkənin əsas maliyyə institutlarından biridir, hansının ki, sadəcə ölkənin maliyyə sektoruna deyil bütün ölkə iqtisadiyyatına böyük təsiri var.
Onun dediyinə görə, bu məsələ ilə bağlı aksentlər tamamilə yanlış qoyulur və bəzi məsuliyyətsiz qüvvələr bu məsələyi strateji əhəmiyyəti olan Anaklia limanı layihəsi ilə əlaqələndirməyə çalışırlar.
Baş nazir qeyd etdi ki, Anaklia limanı onun baxışının və strategiyasının bir hissəsidir və o layihənin TBC Bankla əlaqələndirilməsi ən ucuz və ən məsuliyyətsiz spekulyasiyadan başqa birşey deyil.