Mamuka Baxtadze - Rusiya bizim sülh təşəbbüslərimizə yenə maneələr yaratmağa çalışır
Rusiya bizim sülh təşəbbüslərimizə yenə maneələr yaratmağa çalışır, – bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze ABŞ-a səfər zamanı, Fox News teleşirkətinə müsahibə verərkən bəyan etdi.
Onun dediyinə görə, Rusiya Gürcüstan ərazilərinin 20 faizini işğal edib və aqresiyasına yenə davam edir.
Gürcüstanın azad olan ərazilərinin sadəcə 80%-i ilə NATO-ya qoşulub-qoşulmayacağı haqqında jurnalistin sualına cavab verərkən, Mamuka Baxtadze bəyan etdi ki, Gürcüstanın ərazı bütövlüyü və suverenliyi Gürcüstan üçün qırmızı xəttir. Rusiya isə, bu məsələnin sülh yolu ilə həll edilməsi təşəbbüslərinə maneələr yaratmağa davam edir.
“Bəli NATO-nun üzvlüyü bizim üçün əsas prioritetdir. Bu istiqamətdə hər zaman bizdən tələb ediləndən daha çox iş görmüşük və bu məsələyə ciddi yanaşırıq. İqtisadiyyatımızın o qədər də böyük olmamasına rəğmən, beynəlxalq missiyalara da qatqımız böyükdür, ancaq ölkənin ərazi bütövlüyü Gürcüstan üçün qırmızı xəttidir” – dedi Mamuka Baxtadze.