Gürcüstanın baş naziri, Mamuka Baxtadze bu gün rəsmi səfərlərlə Rumıniyaya gedəcək.
Baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Rumıniya hökumət sarayında rəsmi qarşılama mərasimi keçiriləcək. Gürcüstan hökumət başçısına Rumıniya baş naziri, Vasilka-Viorika Dençila ev sahibliyi edəcək. Görüşdən sonra baş nazirlər mətbuat üçün bəyanatlar verəcəklər.
Həmçinin, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq barəsində razılaşmanın imzalanması planlaşdırılır. Razılşamanı Gürcüstan Xarici İşlər naziri David Zalkaliani və Rumıniya Mədəniyyət naziri Valer Daniel Breazi imzalayacaqlar.
Rumıniyaya rəsmi səfər çərçivəsində Gürcüstanın baş naziri prezident Klaus Yohanis ilə görüşəcək.