Mamuka Baxtadze Rumıniya ilə əlaqələrin strateji səviyysinə keçirilməsi təşəbbüsünü irəli sürdü
Gürcüstan Rumıniya ilə əlaqələrin strateji səviyysinə keçirilməsi təşəbbüsünü irəli sürür, – qeyd olunan barəsində Gürcüstanın baş naziri, Mamuka Baxtadze Rumıniya baş naziri, Vasilka-Viorika Dençila ilə görüşü zamanı bəyan etdi.
Hökumət başçısı qeyd etdi ki, Rumıniya Gürcüstanın fərqlənən partnyoru və dost ölkəsidir, əlaqələrin strateji səviyysinə keçirilməsi, ikitərəfli maraqların sahəsində mövcud məsələlərin həllinə daha artıq imkanlar yaradacaq.
Söhbət zamanı iki ölkə arasında mövcud yüksək səviyyəli siyasi dialoqa diqqət yetirildi.
Baş nazirlər Avropa və Avroatlantik inteqrasiya yolunda Gürcüstan tərəfindən nail olunan tərəqqiyə xüsusi diqqət yetirdilər.
Görüşün başa çatmasından sonra, Gürcüstan və Rumıniya arasında mədəniyyət sahəsində əməkdaşlıq barəsində razılaşma imzalandı. Razılşamanı Gürcüstan Xarici İşlər naziri David Zalkaliani və Rumıniya Mədəniyyət naziri Valer Daniel Breazi imzaladılar.