Gürcüstanın baş naziri Mamuka Baxtadze Amerikalı senatorun, Riçard Luqarın vəfat etməsinə görə, kədərləndiyini ifadə edir.
“Dünya güclü ictimai xadimi itirdi. O, onlarca il ərzində ABŞ-ın xarici siyasətinin formalaşmasında iştirak edirdi. Senator Riçard Luqar Gürcüstanın ən yaxşı dostu idi və xatirəmizdə yaxşı insan kimi qalacaq”, – Mamuka Baxtadze “tvitter” sosial şəbəkəsində yazır.
Keçmiş senator, Riçard Luqar dünən, 87 yaşında dünyasını dəyişdi.
Gürcüstanda yerləşən İctimai Sağlamlıq Mərkəzi onun adınadır.