Mamuka Baxtadze rəsmi səfərlə Yaponiyaya gedəcək
Mamuka Baxtadze rəsmi səfərlə Yaponiyaya gedəcək

Gürcüstanın baş naziri Mamuka Baxtadze rəsmi səfərlə Yaponiyaya gedəcək.

Ölkə başçısı martın 15-də Yaponiyada, Terrada Warehouse sərgi mərkəzində keçirlən gürcü şərabının mədəniyyətinə və tarixinə həsr olunan “Gürcüstan – şərabın vətəni” adlı sərgiyi rəsmi olaraq, açacaq.

Gürcüstan iqtidarının mətbuat xidmətinin verdiyi məlumata görə, unikal arxeoloji eksponatları və müasir texnologiyaları birləşdirən ekspozisiyada gürcü şərab mədəniyyəti təqdim ediləcək.

Sərgi Gürcüstan iqtidarının təşəbbüsü ilə, Milli Şərab Agentliyinin, “Gürcü Şərabı” asosiasiyasının təşkilatılığı və Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı Nazirliyinin, “SakPatent” və Milli Muzeyin dəstəyi ilə və həmçinin, dünyanın ən iri şirkətləri olan “Sony” və”Topani” şirkətlərini partnyorluğu ilə keçiriləcək və mayın 7-nə qədər davam edəcək.

Bununla yanaşı, martın 15-də, Tokioda Gürcüstan-Yaponiya biznes-forumu keçiriləcək, hansını baş nazir Mamuka Baxtadze Yaponiyanın Xarici Ticarət Təşkilatının prezidenti İasuşu Akahoşi ilə bərabər açacaq.

Mamuka Baxtadzenin Yaponiyaya səfəri martın 15-də başa çatacaq.