Gürcüstanın baş nazirinin Qazaxstana rəsmi səfəri bugün başlayır.
Mamuka Baxtadze Qazaxstanın paytaxtı Nur-Sultanda Qazaxstanın prezidenti, baş naziri və senatın sədri ilə görüşəcək.
Gürcüstan və Qazaxstan arasında bir neçə sənəd imzalanacaq. Onların arasında kənd təsərrüfatı və sosiyal-əmək sahələrində əməkdaşlıq haqqında sənədlər də var.
Mayın 16-da Mamuka Baxtadze Astanannın 12-ci iqtisadi forumunda iştirak edəcək.
Tədbirdə Qazaxstanın birinci prezidenti Nursultan Nazarbaev və Beynəlxalq Valyuta Fondunun direktoru Kristian Laqard da iştirak edəcəklər.