Mamuka Baxtadze - "OPIC"-in 50 milyonluq maliyyələşdirilməsi bir daha sübut edir ki, ABŞ üçün Gürcüstan etibarlı partnyordur
Xüsusilə əhəmiyyətlidir ki, Amerika Birləşmiş Ştatları və Gürcüstan əlaqələrində iqtisadi ölçü getdikcə daha da əhəmiyyətli olur, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze bəyan etdi. Baş nazir “OPIC” və “Heys cqupi” arasında 50 milyonluq müqavilənin imzalanmasına həsr olunmuş tədbiri açdı.
Layihə çərçivəsində, Potidə liman və terminal tikiləcək. Hökumət başçısının dəyərləndirməsinə görə, bu çox önəmli hadisədir.
“Bu, müasir terminal kompleksi olacaq, ölkəyə miqyaslı dəyişikliklər və bölgə iqtisadiyyatını gətirəcək. Əminəm ki, qeyd olunan layihə yalnız ölkədə deyil, bütün bölgədə nümunəvi olacaq. “OPIC” tərəfindən 50 milyonluq maliyyələşdimənin ayrılması bir daha sübut edir ki, ABŞ üçün Gürcüstan etibarlı və önəmli partnyordur. Biz, dəfələrlə demişik ki, ABŞ və Gürcüstan arasında əlaqələr bu qədər yüksək səviyyədə heç bir zaman olmayıb. Xüsusilə əhəmiyyətlidir ki, Amerika Birləşmiş Ştatları və Gürcüstan əlaqələrində iqtisadi ölçü getdikcə daha da əhəmiyyətli olur”, – baş nazir, Mamuka Baxtadze bəyan etdi.
Hökumət baçşısı “OPIC” tərəfindən edilən tövhələr barəsində danışdı və qeyd etdi, Gürcüstanda ilk dəfə layihələri maliyyələşdirən qeyd olunan təşkilat idi.
Baş nazir qeyd olunan əhəmiyyətli yardıma görə, təşkilatın rəhbərliyinə və Tbilisidə səfərdə olan korporasiyasın direktoruna, Kenet Encelə minnətdarlığını bildirdi.
“OPIC” və “Heys cqupi” arasında 50 milyonluq müqavilənin imzalanmasına həsr olunmuş tədbirdə Gürcüstan prezidenti Salome Zurabişvili, ABŞ səfiri vəzifəsini yerinə yetriən Ros Uilson, icraedici və qanunvericilik orqanlarının üzvləri və dimpomatik korpusun nümayəndələri iştirak edirdilər.