Mamuka Baxtadze - Larinin həddindən artıq ucuzlaşması ilə üzləşdik, ancaq gözləntilərimiz var ki, lari öz möhkəm göstəricisinə yenidən qayıdacaq
“Bütün idarələrin, onların arasında komersiyal bankların dəyərləndirməsi eynidir. Lari həddindən artıq ucuzlaşıb, ancaq gözləntilərimiz var ki, yaxın gələcəkdə lari öz möhkəm pozisiyasına geri qayıdacaq”, – bu bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze hökümət iclasından öncə keçirdiyi brifinqdə verdi.
Mamuka Baxtadzenin qeyd etdiyi kimi, milli valyuta iki gündür möhkəmlənmə tendensiyasını göstərir və bu gözlənilirdi.
“İki gün bundan öncə, sakstatın yaydığı iqtisadi artım haqqında məlumat da bunu təsdiqləyir. Larinin ucuzlaşmasına son zamanlarda turizm baxımından mövcud olan neqativ gözləntilər səbəb oldu, ancaq iqtisadi inkişafın əsas parametrləri olduqca müsbətdir və fəal dinamika göstərir” – dedi Mamuka Baxtadze.
Baş nazirin dediyinə görə, turizm sektorunda gəlirlərin azalması müşahidə olunur, ancaq iqtidar tərəfindən planlaşdırılan birgə tədbirlərlə qeyd olunan sektor da öz artan dinamikasına geri qayıdacaq.