Mamuka Baxtadze - Kiçik biznesə dəstək islahatı dünya iqtisadiyyatında presedentsiz praktikadır
Gürcüstanın Maliyyə Naziri Mamuka Baxtadzenin dəyərləndirməsinə görə, kiçik biznesə dəstək islahatı dünya iqtisadiyyatında presedenti olmayan praktikanın tətbiq olunmasını nəzərdə tutur.
Bugün hökümət iclasından sonra Baxtadze bəyan etdi ki, kiçik biznesə dəstək qanunlayihəsi baş nazirin təşəbbüsü ilə hazırlandı.
Onun dediyinə görə, qeyd olunan islahat yeni dalğanın bir hissəsidir və onu yeni vergi təşəbbüsləri müşaiət edəcək.
Yeni təşəbbüsə əsasən, kiçik istehsalçılar üçün dövriyyə vergisi 5%-dən 1%-ə qədər edəcək və bununla yanaşı, 500 min lariyə qədər dövriyyəsi olan müəssisələr artıq kiçik biznes kateqoriyasına daxil ediləcəklər.