Mamuka Baxtadze - Gürcüstanın gücü həmişə onun çoxmillətliliyi olub
Gürcüstanın baş naziri Mamuka Baxtadze milliyətçə Azərbaycanlı həm-vətəndaşlarını Novruz bayramı ilə təbrik etdi.
Ölkə başçısı Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Naziri Ketevan Tsixelaşvili ilə bərabər bugün Marneuliyə getdi və bayram şənliklərində iştirak etdi.
“Novruz bayramınız mübarək olsun” – sözlərini baş nazir Azərbaycan dilində dedi.
“Bayramınız mübarək olsun. İlk baharın ailəmizə gəlişi ilə sizi təbrik edirəm. Biz hamımız Gürcüstanda yaşayırıq, elə bir ölkədə, hansında qardaşlığın, bərabərliyin və sevginin çox əsrlik tarixi olub. Gürcüstanın gücü həmişə onun rəngarəngliyində və çoxmillətliliyndə olub.
Biz əsrlərdir uşaqlarımızı birlikdə böyüdürük və ölkəmizin irəliləməsi üçün birlikdə əmək veririk. Bu sevgimizi şərtsiz olaraq, gələcək nəsillərimizə də buraxmalıyıq.
Bu günki tədbirdə Azərbaycandan gələn dostlarım da iştirak edirlər. Azərbaycanda yaşayan bacı və qardaşlarımızın da bayramını təbrik edirəm və xoş arzularımı diləyirəm” – dedi Mamuka Baxtadze.