Mamuka Baxtadze - gürcülər və abxazların ümumi köklərimiz var və gələcəyimiz də ümumi olmalıdır
Gürcülər və abxazların ümumi köklərimiz var və gələcəyimiz də ümumi olmalıdır, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze Bakurianidə jurnalistlər ilə söhbəti zamanı bəyan etdi.
Hökumət başçısı Abxaziya müharibəsinin 27-ci ildönümünə əks səda verdi və qeyd etdi ki, 14 avqust Gürcüstanın yeni tarixində an ağır gündür.
“Bu gün avqustun 14-dür, Gürcüstanın yeni tarixində an ağır, ağrılı gündür və sözsüz ki, Gürcüstanın hər bir vətəndaşı bu böyük ağrını yaşayır. Gürcülər və abxazların ümumi köklərimiz var və bundan irəli gələrək gələcəyimiz də ümumi olmalıdır. Bu, qardaşları öldürən müharibə idi və biz birgə bu çağırışları dəf etməliyik”, – baş naziri, Mamuka Baxtadze bəyan etdi.