Mamuka Baxtadze - Gürcü iqtisadiyyatında investisiyalar öz tarixi maksimumuna çatdı
Maliyyə Naziri Mamuka Baxtadzenin bəyanatına görə, ilin ilk üç kvartal ərzində, gürcü iqtisadiyyatında həyata keçirilən investisiyalar öz tarixi maksimumuna – 1.3 milyard ABŞ dollara çatdı.
Bu barədə bəyanatı nazir parlamentdə 2018-ci ilin büdcə layihəsini təqdim edərkən verdi.
Onun dediyinə görə, birbaşa xarici investisiyalar, gürcü iqtisadiyyatının inkişafı üçün çox önəmli faktordur.
Baxtadze qeyd etdi ki, birbaşa xarici investisiyaların həcmi cari ilin üçüncü kvartalında 594.5 milyon ABŞ dollarını təşkil etdi və bu göstərici keçən ilki məbləğdən 17.6 faiz ilə artıqdır.
Xarici investisiyalara görə, lider nəqliyyat və komunikasiya sahələridir.