Mamuka Baxtadze - Faktların fundamental olaraq, yanlış interpretasiyasını dinlədik, biz öz tariximizlə fəxr edirik
Faktların fundamental olaraq, yanlış interpretasiyasını dinlədik, biz öz tariximizlə fəxr edirik, Avropa da bununla fəxr edir və elə bir gün gələcək ki, biz abxaz və osetin dostlarımızla bərabər güclü dövlət inşaat edəcəyik, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Rusiya prezidenti Vladimer Putinin bəyanatı ilə bağlı verdi.
Gürcüstanın baş nazirinin dediyinə görə, Gürcüstan tarixi Avropanın tarixidr və Avropalılar bu tarixi çox yaxşı bilirlər.
“Təəssüf ki, faktların fundamental olaraq, yanlış interpretasiyasını ilk dəfə eşitmirik. Biz, hərbirimiz Gürcüstan tarixi ilə fəxr edirik, çünki biz Avropa sivilizasiyasının bir hissəsiyik” – dedi baş nazir.
Xatırladaq ki, Rusiya prezidenti dünən bəyan etdi ki, “1918-ci ildə Gürcüstan Almaniya əsgərlərinin yardımı ilə, Abxaziyayı işğal etdi, 1919-1920-ci illərdə isə, Osetiyada daha qəddar və hətta soyqırım deyiləcək bir hərəkət gördü”.