Mamuka Baxtadze - Əminəm ki, mütləq elə bir vaxt gələcək və Abxaziya vətəndaşları ilə bərabər vahid və güclü Gürcüstan yarada biləcəyik
Mamuka Baxtadze - Əminəm ki, mütləq elə bir vaxt gələcək və Abxaziya vətəndaşları ilə bərabər vahid və güclü Gürcüstan yarada biləcəyik

Sizin gözəl şəhəriniz və bu gözəl qüşə hər zaman, hər kəs üçün, vətən sevgisi və etibarlıqda nümunəvi idi,  – bu sözlərlə Gürcüstanın baş naziri Mamuka Baxtadze Zuqdididə yığılan ictimaiyyətə müraciət etdi, harda “Gürcü Arzusu” bugün aralıq seçkiləri üçün Zuqdidi munisipalitetinin mer namizədini təqdim etdi.

Baş nazirin dediyinə görə, bir neçə kilometrlik məsafədə, Gürcüstanın ürək ağrısı olan gözəl Abxaziya var.

“Mən əminəm ki, bir gün mütləq Abxaziya vətəndaşları ilə bərabər, vahid və güclü Gürcüstan yaradacağıq. Mən buna inanıram, sizinlə bərabər inanıram” – dedi baş nazir.

Bununla yanaşı, baş nazirin dediyinə görə, Zuqdidinin infrastrukturu üçün 50 milyon lari ayrılıb.