Mamuka Baxtadze - əminəm ki, Azərbaycana çox uğurlu səfər bizim iqtisadi əməkdaşlığımıza yeni impuls verəcək
Mamuka Baxtadze - əminəm ki, Azərbaycana çox uğurlu səfər bizim iqtisadi əməkdaşlığımıza yeni impuls verəcək

Gürcüstan və Azərbaycan strateji partnyorlardır, biz birlikdə bir çox qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsini bacaracağıq, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze bəyan etdi.

Hökumət başçısının dəyərləndirməsinə görə, Azərbaycan prezidenti, baş nazir və Parlamentin sədri ilə çox məhsuldar görüşlər keçirildi.

“Birgə həyata keçirə biləcəyimiz və bizim iqtisadi əlaqələrimizi daha da gücləndirə biləcək layihələr barəsində müzakirələr apardıq. Bundan başqa konkret məqsədləri planlaşdırdıq. Bu il bizim ticari dövriyyəmiz təxminən bir milyard çərçivəsində olacaq və düşünürəm ki, növbəti iki il ərzində bu raqəmi 50-60 faiz ilə yaxşılaşdırmaq mümkündür. Azərbaycan Gürcüstanda ən böyük sərmaydarlardan biridir və sözsüz ki, bu baxımından çox böyük potensial mövcuddur.

Çox yaxşı, çox uğurlu səfər idi və əminəm ki, bu bizim iqtisadi əməkdaşlığımıza yeni impuls verəcək”, – baş nazir bəyan etdi.