Mamuka Baxtadze - Dünya Bankı yayda Gürcüstanın maliyyələşdirmə portfelini artıracaq
Bir neçə formal prossedurların başa çatmasından sonra, Dünya Bankına daxil olan maliyyə institutları Gürcüstanın maliyyələşdirmə portfelini artıracaqlar, – bu barədə maliyyə naziri, Mamuka Baxtadze Dünya Bankının icraçı direktorları ilə görüşdən sonra bəyan etdi.
Onun dediyinə görə, Dünya Bankının icraçı direktorları nümayəndə heyətinin səfəri, Dünya Bankının, ölkədə həyata keçirilən islahatları dəstəklədiyinin açıqca nümunəsidir.
“Dünya Bankı planlaşdırdığımız islahatlar zərfinin implementasiyasında bizim əsas partnyorumuzdur. Yayda bir neçə formal prossedurların başa çatmasından sonra, Dünya Bankına daxil olan maliyyə institutları Gürcüstanın maliyyələşdirmə portfelini artıracaqlar və bizim imkanımız olacaqdır ki, Gürcüstanda daha artıq layihələr həyata keçirək. Özəlliklə də özəl bölmədə. Bu çox əhəmiyyətlidir, çünki bizim məqsədimizdir ki, daha artıq iqtisadi artım əldə edək”, – Mamuka Baxtadze açıqladı.
Dünya Bankının icraçı direktoru, Kristian Hoqanın bəyan etdiyinə görə, nümyəndə heyətinin məqsədi Gürcüstanda mövcud olan durumla tanış olmaqdır.