Mamuka Baxtadze - Doing Business-in reytinqində Gürcüstanın irəliləyişi sübut edir ki, islahatlar iqtisadiyatın inkişafına müvəfəqiyyətlə xidmət edir
Dünya Bankının Doing Business reytinqində Gürcüstanın irəliləyişi sübut edir ki, islahatlar ölkəmizin iqtisadiyatının inkişafına müvəfəqiyyətlə xidmət edir, – bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze bəyan etdi.
Onun dediyinə görə, bu cür tərəqqi, Gürcüstanın dünya iqtisadiyyatı ilə inteqrasiya istiqaməti baxımından irəliyə doğru atılmış böyük addım deməkdir.
Onun dəyərləndirməsinə görə, reytinqlərin hərillik yaxşılaşdırılması və Gürcüstanın irəiləyişi önşərtdir ki, Gürcüstan yalnız Qafqazda deyil, həmçinin geniş bölgədə iqtisadiyyat və biznesin yaradılması baxımından qeyd-şərtsiz liderə çevrilir.
“Gürcüstan artıq dünyada ən etimadlı ölkələrdən biridir və bu baxımından nəticələrimizi daha da yaxşılaşdırmağa çalışırıq”, – baş nazir qeyd etdi.
Onun dediyinə görə, hökumətin baxışıdır ki, Gürcüstan yaxın illər ərzində bütün beynəlxalq reytinqlərin beşliyində olsun. O, Dünya Bankının nümayəndələrinə qeyd olunan layihəyə qatıdıqlarına görə, təşəkkürünü bildirdi.
Gürcüstanın baş naziri əmindir ki, ölkə, qeyd olunan göstəriciləri daha da yaxşılaşdıracaq.
Gürcüstan, dünyada biznesin yaradılması asanlığı ilə 190 ölkə arasında altıncı yerdədir. Dünya Bankı tərəfindən yayılan yeni hesabatın – Doing Business 2019-un göstəriciləri bu cürdür.
Bu, ölkə üçün, bu günə qədər qeydə alınan ən yaxşı göstəricidir. Keçən ilin reytinqində Gürcüstan 9-cu yerdə idi. Onluğa artıq dördüncü dəfədir ki, düşür.
Doing Business 2019-un lideri, yenə də Yeni Zelandiyadır. Onluqda yenə də Sinqapur, Danimarka, Honq Konq, Cənubi Koreya, Norveç, ABŞ, Böyük Britaniya və Makedoniyadır.