Mamuka Baxtadze - Bugün aprelin 1 olsa, Xazaradze haqqında məkbuba cavab vermək mənim üçün daha asan olardı
Gürcüstanın baş naziri Mamuka Baxtadze bəyan edir ki, “TBC Bank”-ın təsisçisi Mamuka Xazaradze tərəfindən məhkəmədə təqdim olunan məktubla bağlı ciddi şərh verməyə çətinlik çəkir.
Mamuka Baxtadze qeyd etdi ki, məktubla bağlı istintaq aparılır və nazirlər kabinetinin hər bir naziri bütün yeniliklərlə bağlı suallara cavab verə bilər.
“Bugün 8 martdır, əgər aprelin biri olsaydı bu məktubla bağla cavabı daha asan verə bilərdim. Giorgi Qaxaria mənə təsdiqlədi ki, güya “Artarea” ilə bərabər hansısa musigi kanalından və “RaqbiTV” kanalından redaksiya siyasətinin dəyişdirilməsini tələb edirdi. Bu məsələ ilə bağlı istintaq aparılır və nazirlər kabinetinin bütün nümayəndələri istər parlament, istər istintaq orqanları tərəfindən verilən bütün suallara cavab verə bilərlər. Xazaradzenin məktubu ilə bağlı isə, ciddi şərh verməyə çətinlik çəkirəm” – dedi Mamauka Baxtadze.
Biznesmenlərin onlara iqtidar tərəfindən təzyiq edildiyi iddiaları ilə bağlı suallara isə, baş nazir cavab verdi ki, onun üçün önəmli olan dəyişdirilmiş yanlış faktlar və siyasi motiv daşıyan iddialar deyil, obyektiv meyarlar və doğru faktlardır.