Mamuka Baxtadze - Brüsseldə keçirilən görüşlərdə Gürcüstanın Avropa İttifaqına inteqrasiyası yolunda prinsipal dəstək yenə bir dəfə nümayiş etdirildi
Brüsseldə keçirilən görüşlərdə Gürcüstanın Avropa İttifaqına inteqrasiyası yolunda prinsipal dəstək yenə bir dəfə nümayiş etdirildi, – bu barədə bəyanatı baş nazir Mamuka Baxtadze Belçikaya səfərini yekunlaşdırarkən verdi.
Onun dediyinə görə, Gürcüstan iqtidarı tərəfindən planlaşdırılan islahatları dost ölkələr dəstəkləyirlər.
Baş nazirin dediyinə görə, ölkə iqtidarı tərəfindən həyata keçirilən iqtisadi islahatların da tam dəstəyi var.
Mamuka Baxtadze baş nazir ranqında ilk xarici səfərini Brüsselə etdi.
Brüsseldə Mamuka Baxtadze NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Şurasının prezidenti Donald Tusk və digər avrikomissarlarla görüşdü.
Tərəflər birgə mətbuat konfransı da keçirdilər.