Mamuka Baxtadze - hər birinizi, seçkilərin dinc, azad və demokratik mühitdə keçirilməsini təbrik edirəm
Gürcüstanın baş naziri, Mamuka Baxtadze Gürcüstan əhalisini seçkilərin dinc, azad və demokratik mühitdə keçirilməsi münasibəti ilə təbrik etdi.
Hökumət başçısı bəyanatı “Gürcü Arzusu” partiyasının mərkəzi ofisində eqzitpolun nəticələrinin bəyan edilməsindən sonra verdi və hər bir vətəndaşa fəallığına görə, təşəkkürünü bildirdi.
“Eqzitpolun nəticələrinin göstərdiyi kimi, Salome Zurabişvili seçkilərdə liderlik edir. Biz, MSK-nın müvafiq prosedurlarını, səslərin hesablanmasını gözləməliyik”, – Mamuka Baxtadze bəyan etdi.