Mamuka Baxtadze - Angela Merkel və Almaniya iqtidarının Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi bizim üçün əvəz olunmazdır
Əminəm ki, Almaniya kansleri Angela Merkelin rəsmi səfəri gürcü-alman münasibətlərini yeni səviyyəyə çıxardacaq, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Almaniyanın kansleri ilə keçirdiyi birgə mətbuat konfransında verdi.
Baş nazir Angela Merkelə Gürcüstana səfəri üçün təşəkkür etdi.
“Xanım federal kansler, sizə ölkəmizə rəsmi səfəriniz üçün dərin minnətdarlığımı bildirirəm.
Sizi Gürcüstanın dostu, partnyoru və dəstəkçisi olaraq, qonaq etməyimiz bizim üçün böyük şərəfdir.
Gürur duyuruq ki, Gürcüstan Almaniyanın sadiq və etibarlı partnyorudur” – dedi Mamuka Baxtadze.
Mamuka Baxtadze bəyan etdi ki, Angela Merkel və Almaniya iqtidarının Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi Gürcüstan üçün əvəz olunmazdır.