Mamuka Baxtadze - ABŞ və Gürcüstan arasındaki münasibətlər heç belə yüksək səviyyəli olmamışdı
Prezident Trampın idarəçilik dövründə Gürcüstan və ABŞ arasındaki münasibətlər yeni inkişaf mərhələsinə keçdi. İki ölkə arasındaki münasibətlər heç bir zaman indiki kimi yüksək səviyyədə olmamışdı, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə görüşdən sonra verdi.
Ölkə başçısının dediyinə görə, Con Boltonla görüş zamanı, onun Vaşinqtonda səfərdəykən gündəmdə olan bütün məsələlər müzakirə olundu.
“Con Bolton Gürcüstanın sadiq dostudur. Onun iki ölkə arasındaki münasibətləri daha da gücləndirilməsi üçün xüsusi strateji mövqeyi var və bizə verdiyi dəyərli dəstək üçün ona təşəkkür etmək istəyirəm” – dedi Baş nazir.