Mamuka Baxtadze - ABŞ-la strateji partnyorluğun 10 illik yubileyi ilə bağlı deklarasiya hər iki tərəf üçün inanılmaz imkanlar yaradır
Mamuka Baxtadze - ABŞ-la strateji partnyorluğun 10 illik yubileyi ilə bağlı deklarasiya hər iki tərəf üçün inanılmaz imkanlar yaradır

ABŞ-la strateji partnyorluğun 10 illik yubileyini qeyd edərkən, yeni deklarasiya imzalandı, hansı ki, hər iki millət üçün inanılmaz imkanlar yaradır. Milli təhlükəsizlik baxımından bizim bir çox nailiyyətlərimiz var və indi iqtisadi istiqamətə diqqət yetirmək zamanıdır, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Dallasın Dünya ilə əlaqələr Şurası ilə görüş zamanı verdi.

Baş nazir nitqlə çıxış edərkən, müstəqilliyinin bərpa edilməsindəən bu günə qədər, Gürcüstanın əldə etdiyi nailiyyətlər haqqında danışdı.

“Gürcüstanda daha çox amerikan şirkətlərini görmək istəyirik. İstəyirik ki, amerikan şirkətləri burayı ticari əlaqələr və produksiyanın realizasiyası üçün platforma olaraq görsün” – dedi Mamuka Baxtadze.

Nitqlə çıxış etdikdən sonra, Gürcüstanın baş naziri Dünya ilə Əlaqələr Şurasının üzvlərinin suallarını cavablandırdı.

Görüş başa çatdıqdan sonra, Mamuka Baxtadzeyə Dallas meri Maik Roulinqin adı ilə, Dallasın fəxri vətəndaşı adı verildi.