Mamuka Baxtadze ABŞ-ın dövlət katibi, Mayk Pompeo ilə görüşəcək
Mamuka Baxtadze ABŞ-ın dövlət katibi, Mayk Pompeo ilə görüşəcək

Gürcüstanın baş naziri, Mamuka Baxtadze cari həftədə ABŞ-ın dövlət katibi, Mayk Pompeo ilə görüşəcək. Bu barədə brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibi, Morqan Ortaqus bəyan etdi.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin brifinqdə bəyan etdiyinə görə, Amerika Birləşmiş Ştatları, Rusiya tərəfindən işğal olunmuş Sxinvali bölgəsində iyunun 9-da keçirilən üzdəniraq seçkiləri və onun nəticələrini tanımır.

Gürcüstanın baş naziri, Mamuka Baxtadze 5-14 iyun tarixlərində Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdədir.