Mamuka Baxtadze - ABŞ-a səfərim strateji partnyorluq və iqtisadi əməkdaşlıqla bağlı optimizmimi artırır
1991-ci ildə, Gürcüstanın müstəqilliyinin bərpa edilməsindən etibarən, Amerika bizim ən yaxın müttəfiqimiz və dostumuz idi və son 28 il ərzində formalaşan demokratiya kursu nəticəsində, müstəqillik bizim əbədiyyən əsas dəyərimiz oldu, – bu bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Vaşinqtonda, Gürcüstanın müstəqillik gününə həsr olunan mərasimdə nitqlə çıxış edərkən verdi.
Hökümət başçısı demokratik intitutların gücləndirilməsi baxımından ölkədə həyata keçirilən islahatlar haqqında danışdı və Gürcüstana verdiyi dəstək üçün ABŞ-a təşəkkür etdi.
Mamuka Baxtadze Gürcüstanda şərab mədəniyyətinin 8 000 illik tarixi haqqında da danışdı və qeyd etdi ki, Gürcüstanın bu unikal mədəniyyəti Avropa sivilizasiyasından yarandı və hər bir gürcü onunla fəxr edir.
Gürcüstanın baş naziri ABŞ-ın icraçı və qanunverici iqtidarının nümayəndələrini, ekspert və biznes idarələrinin nümayəndələrini, həmçinin, Gürcüstanda yaşayan gürcülərləri müstəqillik gününə həsr olunan mərasimdə qəbul etdi, hansı ki, ABŞ-ın Sülh İnstitutunda keçirildi.